Rusiya mallarının Özbəkistan vasitəsilə Avropaya çatdırılması ləğv edilib.
KONKRET.az xəbər verir ki, Özbəkistanın İnvestisiya Nazirliyi Rusiya şirkətlərini Avropa İttifaqına malların rüsumsuz çatdırılması üçün GSP+ üstünlüklər sisteminə qoşulmağa dəvət edən rəsmisinin şərhini təkzib edib.
Daha əvvəl Özbəkistan Respublikasının İnvestisiya və Xarici Ticarət Nazirliyi yanında İnvestisiya Agentliyinin direktoru Uluqbek Kasimxodjayeva RİA Novosti-yə şərhində bu imkanı açıqlayıb.
Özbəkistan hakimiyyəti bəyan edib ki, Aİ-nin genişləndirilmiş “GSP+” imtiyazlar sistemi, ilk növbədə, yerli sahibkarların Aİ ölkələrinin bazarlarına ixrac tədarükünün artırılması üçün əlverişli şəraitin yaradılmasına yönəlib.
Nazirlikdən bildirilib ki, Kasımxodjayev səlahiyyətlərinə aid olmayan, səlahiyyətinə malik olmayan məsələlərlə bağlı açıqlama verib.
Xuraman Etibarlı,
KONKRET.az
