Rusiyanın futbol üzrə milli komandası Millətlər Liqasının 2022/23 mövsümündə iştirak etməyəcək.
KONKRET.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
Rusiya komandası B qrupunda İslandiya, İsrail və Albaniya komandaları ilə ikinci güclü divizionda çıxış etməli idi.
Lakin komanda avtomatik olaraq dördlükdə sonuncu yeri tutacaq və Millətlər Liqasının növbəti mövsümündə üçüncü divizionundan çıxarılacaq.
