Rusiya nümunəsi: Azərbaycanda tətbiqi mümkündür?backend

Rusiya nümunəsi: Azərbaycanda tətbiqi mümkündür?

“Azərbaycanda kənd yarmarkaları, fermer yarmarkaları təcrübəsi var. Şəhərin müxtəlif yerlərində, əsasən də bayram günlərində təşkil olunurdu. Amma son zamanlar görürük ki, bunun sayı da azalıb və təsir imkanları məhduddur. Yəni həcm olaraq çox kiçik miqyasda satış həyata keçirilir”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, əsas alış-veriş imkanları daha çox marketlər zəncirində cəmlənib:

“Bunun əsas səbəbi və problemi ondan ibarətdir ki, bizdə o ənənəvi bazarlar demək olar ki, sıradan çıxıb, əsasən də Bakı şəhərində. Əsas alış-veriş imkanları daha çox marketlər zəncirində cəmlənib. Yəni marketlər zənciri pərakəndə ticarətin böyük bir hissəsini, yarıdan çoxunu öz üzərinə götürüb”.

Ekspert əlavə edib ki, əsas məsələ fermerlərin birbaşa pərakəndə satış zəncirlərinə çıxış əldə etməsidir:

“Ona görə də bu yarmarkaların təşkili yaxşıdır, olsun, lap yaxşı, necə deyərlər. Amma əsas məsələ fermerlərin birbaşa pərakəndə satış zəncirlərinə çıxış əldə etməsidir. Yəni bunun üçün bir mexanizm qurulmalıdır, təşviq mexanizmləri olmalıdır. Şəbəkə marketlərinin həvəsi və imkanı olmalıdır; daha doğrusu, həvəsli olmalıdırlar ki, fermerlərlə birbaşa müqavilələr bağlasınlar. Onlara da hansısa vergi güzəştləri tətbiq etmək lazımdır ki, maraqları artsın. Məncə, daha çox bu istiqamətdə işlərin görülməsi daha doğru olardı.”

Qeyd edək ki, Rusiya Federasiyasının “Şəxsi köməkçi təsərrüfat haqqında” qanunvericiliyinə əsasən vətəndaşların öz həyətyanı sahələrində yetişdirdikləri kənd təsərrüfatı məhsullarını satmaq hüququ var. Məhsulların satışı rəsmi bazarlar və regional hakimiyyət orqanları tərəfindən təşkil edilən mövsümi yarmarkalar vasitəsilə həyata keçirilir. Yerli icra hakimiyyətləri xırda təsərrüfatçıları dəstəkləmək üçün bu məkanlarda xüsusi güzəştli və ya tamamilə pulsuz satıcı masaları ayırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*