Rusiya ordusu Xarkov vilayətində hücuma keçdibackend

Rusiya ordusu Xarkov vilayətində hücuma keçdi

Rusiya Belqorod vilayəti ərazisindən Ukraynanın İzyum şəhərinə 76-cı Hava Hücum Diviziyasının iki batalyon taktiki qrupunu yerləşdirib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı aprelin 27-də saat 6:00-da “Facebook” sosial şəbəkəsində operativ məlumat yayıb.

Məlumata görə, İzyum istiqamətində 1-ci Tank Ordusu, Qərb Hərbi Dairəsinin 20-ci Əlahiddə Ümumqoşun Ordusu, 35-ci Əlahiddə Ümumqoşun Ordusu və Şərq Hərbi Dairəsinin 68-ci Ordu Korpusu və hava-desant qoşunlarından olan Rusiya bölmələri hücum əməliyyatı keçirir.

“Düşmən Bolşaya Kamışevaxa qəsəbəsinin şimal-şərq kənarını ələ keçirib, həmçinin Zavodı qəsəbəsini də nəzarətə götürüb”, – məlumatda deyilir.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*