Rusiya ordusunun 580 hərbçisi öldürülüb – Ukrayna dünənki döyüşlərlə bağlı AÇIQLAMA YAYDIbackend

Rusiya ordusunun 580 hərbçisi öldürülüb – Ukrayna dünənki döyüşlərlə bağlı AÇIQLAMA YAYDI

Ukrayna Silahlı Qüvvələrinin qırıcıları martın 14-də Rusiya ordusunun 580 hərbçisini məhv edib.

KONKRET.az Ukrayna mediasına istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bundan başqa, Ukrayna müdafiəçiləri 34 pilotsuz uçüş aparatı, 11 zirehli döyüş maşını və digər texnikanı məhv ediblər.

Qeyd edilib ki, martın 15-dən Rusiya qoşunları cəbhənin cənub-şərq hissəsinə hücumlarını əhəmiyyətli dərəcədə gücləndirib, Liman-Kupyansk istiqamətində pilotsuz təyyarələrdən istifadənin intensivliyini artırıb. Cəbhədə işğalçı qüvvələrlə 76 hərbi toqquşma baş verib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*