Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı müharibəyə qarşı çıxıb.
KONKRET.az xəbər verir ki, Peskovun qızı Liza Peskova sosial şəbəkə hesabının hekayə bölümündə “MÜHARİBƏYƏ YOX” statusu paylaşıb. Bir çox tanınmışlar da müharibəyə qarşı çıxıblar.
O cümlədən, Boris Yeltsinin nəvəsi Mariya Yumaşeva hərbi əməliyyatlara qarşı çıxıb. O, Londonda təşkil olunmuş aksiyada iştirak edib.
“Kədərlənirəm, çətindir, ağlayıram. Mən müharibə istəmirəm”, – Mariya yazıb.

Xuraman Etibarlı,
KONKRET.az
