Rusiya Qarabağda yalnız vasitəçi rolunu oynayır – Putinbackend

Rusiya Qarabağda yalnız vasitəçi rolunu oynayır - Putin

Dağlıq Qarabağda atəşkəsə dair 9 noyabr tarixli Birgə Bəyanatın mətni üzərində iş onu imzalayan hər üç ölkənin – Rusiya, Azərbaycan və Ermənistanın liderləri tərəfindən həyata keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Moskva. Kreml. Putin” verilişinə müsahibəsində deyib.

“Mətnin özünə gəldikdə, biz bunu üçümüz etdik – təbii ki, mən, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan. Başqa cür də mümkün deyildi. Rusiya yalnız vasitəçi rolunu oynadı və tərəflərin dinc ayrılmasını həyata keçirmək üçün bu sənəddəki öhdəlikləri öz üzərinə götürdü. Buna görə də Birgə Bəyanatın müəllifləri şübhəsiz ki, üç tərəfdir”, – Putin bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*