Rusiya Qazaxıstana qoyulan məhdudiyyətləri aradan qaldırdıbackend

Rusiya Qazaxıstana qoyulan məhdudiyyətləri aradan qaldırdı

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Rusiya Qazaxıstan vətəndaşlarının quru yolu ilə ölkəyə girişinə qoyulan məhdudiyyətləri aradan qaldırıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Rusiya hakimiyyəti martın 30-dan etibarən Qazaxıstan və Monqolustanla sərhədlərin quru hissələrindən keçməklə hərəkətə qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını elan edib. Bu barədə Rusiya Federasiyası hökumətinin saytı COVID-19 ilə mübarizə üzrə operativ qərargahına istinadən məlumat yayıb.

“Yeni koronavirus infeksiyasının ölkəyə gətirilməsi və yayılmasının qarşısının alınması üzrə operativ qərargah 30 mart 2022-ci il tarixində Moskva vaxtı ilə saat 00:00-dan etibarən Qazaxıstan vətəndaşlarının Rusiyaya girişinə və Rusiya vətəndaşlarının ölkəyə çıxışına qoyulan məhdudiyyətləri aradan qaldırmaq barədə qərar qəbul edib. Rusiya-Qazaxıstan sərhədinin quru hissəsi ilə Qazaxıstan, habelə xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər Rusiyaya, Rusiya vətəndaşları isə Rusiya-Monqolustan sərhədinin quru hissəsi ilə Monqolustana keçə bilərlər”, – məlumatda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*