Rusiya Silahlı Qüvvələri Zaporojye vilayət administrasiyasını vurdubackend

Rusiya Silahlı Qüvvələri Zaporojye vilayət administrasiyasını vurdu

Rusiya ordusu tərəfindən Zaporojye şəhərinə endirilən zərbələr nəticəsində vilayət administrasiyasının binası ciddi ziyan görüb.

KONKRET.az xəbər verir ki, Zaporojye Vilayət Hərbi Administrasiyasının (OVA) rəhbəri İvan Fedorov baş vermiş yanğının artıq lokallaşdırıldığını və hadisə nəticəsində xəsarət alanların olmadığını bildirib.

Bununla yanaşı, şəhərin digər hissəsində də təhlükəli insident qeydə alınıb. Belə ki, sərnişin avtobusunun yaxınlığında dron partlayışı baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, hücum nəticəsində yeddi nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananlar arasında iki azyaşlı uşağın da olduğu bildirilir.

Hadisə yerinə dərhal xilasetmə və tibb qrupları cəlb olunub, zərərçəkənlərə zəruri yardım göstərilir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*