Rusiya Su-34 qırıcı-bombardmançılarının istehsalını artıracaqbackend

Rusiya Su-34 qırıcı-bombardmançılarının istehsalını artıracaq

Yaxın vaxtlarda Rusiyanın Su-34 qırıcı-bombardmançı təyyarələrinin istehsalının həcminin artırılması planlaşdırılır.

KONKRET.az “Zvezda” telekanalına istinadən xəbər verir ki, işçi ştatının genişləndirilməsi və istehsalın optimallaşdırılması hesabına istehsalın sürəti artacaq.

Qeyd olunur ki, Çkalov adına Novosibirsk Aviasiya Zavodu nəinki yeni təyyarələr istehsal edir, həm də mövcud Su-34 parkını təmir edir. Verilən tapşırıqları yerinə yetirmək üçün şirkət gecə-gündüz işləyir.

Su-34 səsdən sürətli qırıcı-bombardmançı təyyarəsi əməliyyat və taktiki dərinlikdə düşmən hədəflərini məhv etmək üçün nəzərdə tutulub. İki mühərrikli təyyarə müxtəlif bomba və raketləri daşımağa imkan verir.

Xatırladaq ki, fevral ayında Amerikanın “Military Watch Magazine” nəşri Su-34 qırıcı-bombardmançılarının daşıdığı universal planlaşdırma və düzəliş moduluna malik rus bombalarını raketlərə alternativ adlandırıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*