Rusiya sülhməramlıları Xocalını tərk edir – VİDEObackend

Rusiya sülhməramlıları Xocalını tərk edir - VİDEO

Xocalı hava limanında Rusiya sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirilib.

KONKRET.az xəbər verir ki, “Report”un əldə etdiyi görüntülərə əsasən, mərasimdən sonra sülhməramlılara məxsus hərbi texnika bölgəni tərk edib.

Xatırladaq ki, aprelin 17-də Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin çıxarılmasına başlanılıb.

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*