“Rusiya-Ukrayna gərginliyinə ən çox təsir imkanı olan dövlət Türkiyədir” – Fuat Oktaybackend

"Rusiya-Ukrayna gərginliyinə ən çox təsir imkanı olan dövlət Türkiyədir" - Fuat Oktay

“Türkiyə Rusiya-Ukrayna gərginliyinə ən çox təsir imkanı olan dövlətdir”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna gərginliyi bütün dünyanın gündəmindədir:

“Bu həm də Şərqlə Qərbin mübarizəsidir. Ümid edirik ki, gərginlik azalacaq. Ukraynanın NATO-ya üzv olmaq istəməsi Rusiyanı narahat edir və bu, Donbas böhranına da təsir edir. Biz Türkiyə olaraq, öhdəliyimizi yerinə yetirməyə çalışırıq. Türkiyənin diplomatik uğuru Rusiya-Ukrayna böhranında da özünü göstərir. Qismət olsa, yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə də görüş olacaq. Bundan sonra sular durula bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*