Rusiya Ukrayna ordusunun itkiləri ilə bağlı yeni rəqəmləri açıqladıbackend

Rusiya Ukrayna ordusunun itkiləri ilə bağlı yeni rəqəmləri açıqladı

Rusiya Müdafiə Nazirliyi Ukraynada müharibənin 1650-ci günü üzrə itkilərlə bağlı məlumat yayıb.

KONKRET.az xəbər verir ki, nazirliyin açıqlamasını onun rəsmi nümayəndəsi İqor Konaşenkov təqdim edib.

Rusiya tərəfinin iddiasına görə, müharibə başlayandan indiyədək Ukraynaya məxsus 674 təyyarə, 284 helikopter, 223 922 pilotsuz uçuş aparatı, 670 zenit-raket kompleksi, 30 767 tank və digər zirehli texnika, 1 776 reaktiv yaylım atəş sistemi, 36 329 artilleriya qurğusu və minaatan, həmçinin 70 660 xüsusi hərbi avtomobil texnikası məhv edilib.

Qeyd olunan rəqəmlərin Rusiya Müdafiə Nazirliyinin açıqladığı məlumatlara əsaslandığı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*