Rusiya Ukraynada ticarət mərkəzini atəşə tutdubackend

Rusiya Ukraynada ticarət mərkəzini atəşə tutdu

Rusiya qoşunları Ukraynanın Krivoy Roq şəhərindəki ən böyük ticarət mərkəzinə zərbələr endirib. Hücum nəticəsində güclü yanğın baş verib, xeyli sayda insanın xəsarət aldığı ehtimal olunur.

KONKRET.az xəbər verir ki, bu barədə Krivoy Roq Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkul məlumat yayıb. Onun sözlərinə görə, hadisə yerində dərhal genişmiqyaslı qəza-xilasetmə əməliyyatına başlanılıb.

Hücumun nəticələri və zərərçəkənlərin dəqiq sayı barədə əlavə məlumat veriləcək.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*