Rusiya Ukraynadakı müharibə və ölkənin demoqrafik tənəzzülü səbəbindən yaranan ciddi işçi qüvvəsi çatışmazlığını aradan qaldırmaq üçün qanuni iş yaşını 12-yə endirməyi və sovet tipli yay əmək düşərgələrini bərpa etməyi düşünür.
KONKRET.az xəbər verir ki, bu barədə “Telegraf” nəşri məlumat yayb.
Rusiyanın uşaq hüquqları üzrə komissarı Olqa Yaroslavskaya bildirib ki, bir çox yeniyetmə yay tətilləri zamanı işləmək istəyir və düşərgələr də yay tətilində dincəlmək imkanı olmayan yeniyetmələri işlə təmin edəcək:
“Düşünürəm ki, əmək düşərgələrinin qaytarılması uşaqlarımızın dəstəkləyəcəyi real bir ssenaridir”.
Qeyd edək ki, Rusiya əmək qanunvericiliyi uşaqların 14 yaşından etibarən valideynin yazılı razılığı ilə işləməsinə və ya 15 yaşından etibarən müstəqil olaraq əmək müqaviləsi bağlamasına icazə verir.
