Rusiya vaksini ilə bağlı – Yeni gəlişməbackend

Rusiya vaksini ilə bağlı - Yeni gəlişmə

Koronavirus əleyhinə peyvəndi ilk qeydiyyatdan keçirən Rusiya vaksinin istehsal mərhələsinə hazırlaşır.

KONKRET.az xəbər verir ki, 2020-ci ilin sonuna kimi Rusiyanın 1,5 milyondan 2 milyon dozaya qədər vaksin istehsal etmək imkanına malik olduğu açıqlanıb.

Rusiyanın Sənaye və Ticarət naziri Deniz Manturov bildirib ki, gələn həftə paytaxt Moskvadakı Qamaleya İnstitutunda “Sputnik-V” adlı peyvəndin geniş sınaqlarına başlanacaq.

Onun sözlərinə görə, peyvəndin istehsalı tədricən ayda 6 milyon dozaya qədər artacaq. teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*