Rusiya və İran Rəşt–Astara dəmir yolu xəttinin tikintisinə 1 aprel 2026-cı ildən start verəcək. Layihə “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində həyata keçirilir.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Sergey Tsivilev Rusiya–İran hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının iclasında bildirib.
Onun sözlərinə görə, torpaq sənədləşməsi və güzəştlər də daxil olmaqla layihəni ləngidən bütün məsələlər artıq həll edilib və aprelin 1-dən genişmiqyaslı icra mərhələsinə keçiləcək.
Uzunluğu 160 kilometr olan Rəşt–Astara hissəsi Fars körfəzi limanlarına birbaşa çıxış yaradacaq.
Ümumi dəyəri 1,6 milyard avro olan layihə Rusiya və İran tərəfindən birgə maliyyələşdiriləcək və həyata keçiriləcək.
Müşviq Tofiqoğlu
KONKRET.az
