Rusiya və Ukrayna İstanbulda taxılın ixracı ilə bağlı problemləri MÜZAKİRƏ EDƏCƏKbackend

Rusiya və Ukrayna İstanbulda taxılın ixracı ilə bağlı problemləri MÜZAKİRƏ EDƏCƏK

Rusiya və Ukrayna İstanbulda Ukrayna taxılının ixracı ilə bağlı problemləri müzakirə edəcəklər.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib. Nazir iyulun 13-də İstanbulda Ukrayna taxılına dair iclasın keçiriləcəyini bildirib.

“Rusiya, Ukrayna və Türkiyənin hərbi nümayəndə heyətləri BMT rəsmilərinin iştirakı ilə Ukrayna taxılının ixracı probleminin həllini müzakirə edəcək. Görüş iyulun 13-də İstanbulda keçiriləcək”, – Hulusi Akar deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*