“Rusiya və Ukrayna qarşıdurması təkcə iki ölkənin deyil, Ermənistanın da problemidir” – Abramyanbackend

"Rusiya və Ukrayna qarşıdurması təkcə iki ölkənin deyil, Ermənistanın da problemidir" - Abramyan

“Rusiya ilə Ukraynanın qarşıdurması təkcə iki ölkənin deyil, Ermənistanın da problemidir”.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bunu “Şərəfim var” partiyasının üzvü Tiqran Abramyan deyib. O bildirib ki, artan gərginlik digər dövlətlərə, o cümlədən Ermənistana təsir edə və ciddi təhlükəyə çevrilə bilər.

Abramyan türk düşməni olduğuna görə, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasını təhlükə adlandırır.

“Mövcud Türkiyə-Azərbaycan təhlükəsi ilə yanaşı, Ermənistanı dolayısı ilə daha bir təhlükə gözləyir. Moskva ilə Kiyev arasındakı vəziyyət regionda vəziyyəti çətinləşdirə və balansı poza biləcək növbəti “bombaya” çevrilə bilər. Rusiya ilə Ukraynanın qarşıdurması təkcə iki ölkənin deyil, Ermənistanın da problemidir”, – deyə  Abramyan sərsəmləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*