Rusiya Xarici İşlər Nazirliyi beş nüvə silahına malik ölkələri (Rusiyadan əlavə – ABŞ, Böyük Britaniya, Fransa və Çin) fəlakətli nəticələrə gətirib çıxara biləcək “bir-birinin həyati maraqlarını pozmaq üçün təhlükəli cəhdlərdən” əl çəkməyə çağırıb.
KONKRET.az-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin “Nüvə müharibəsinin qarşısının alınması haqqında” bəyanatında deyilir ki, Rusiyanın əsas prioriteti nüvə gücləri arasında hər hansı hərbi toqquşmanın qarşısını almaqdır. Rusiyanın nüvə silahından istifadə etməsi yalnız hərbi doktrinada qeyd olunan hallarda mümkündür” – deyə bəyanatda vurğulanır.
“Rusiyanın bu sahədə doktrinal təlimatları çox aydın şəkildə göstərilib, onlar sırf müdafiə xarakteri daşıyır və geniş şərhə imkan vermir”.
Bəyanatda qeyd edilir ki, Rusiya tərəfindən hərbi doktrinaya uyğun olaraq nüvə silahından istifadə yalnız kütləvi qırğın silahlarından və ya adi silahlardan istifadə edilən təcavüzə cavab olaraq, dövlətin mövcudluğuna təhlükə yarandıqda mümkündür.
Rusiya Xarici İşlər Nazirliyi nüvə “beşliyi” ölkələrini nüvə gərginliyi ilə bağlı vəziyyətin həlli istiqamətində işləməyə hazır olduqlarını praktiki olaraq nümayiş etdirməyə çağırıb.
Günel Mikayılova,
KONKRET.az
