Rusiya XİN-dən separatçıların həbsinə MÜNASİBƏTbackend

Rusiya XİN-dən separatçıların həbsinə MÜNASİBƏT

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı Qarabağın qondarma prezidentləri və digər rəsmilərinin saxlanılmasını şərh edib.

KONKRET.az xəbər verir ki, o, bu barədə sualın  Ermənistan Xarici İşlər Nazirliyinə ünvanlanmalı olduğunu bildirib.

Zaxarova bildirib ki, bu insanlar Ermənistan vətəndaşlarıdır.

“Dediyiniz vətəndaşlar Ermənistan vətəndaşlarıdır. Onların bəziləri Rusiya vətəndaşlığından çıxıblar. Bizə heç kim müraciət etməyib. Bizə rəsmi, qeyri-rəsmi müraciətlər olur, informasiya sferasını götürsək, heç bir müraciət olmayıb”, – Zaxarova deyib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*