Rusiya Zelenskiyə qarşı təxribat HAZIRLAYIR – Danilovbackend

Rusiya Zelenskiyə qarşı təxribat HAZIRLAYIR - Danilov

Ruslar Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı təxribat hazırlayır. Bundan əlavə, 24 avqust Ukraynanın Müstəqillik Günündə Rusiya Federasiyasından təxribatlar mümkündür.

KONKRET.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Kanal 24-ün efirində danışıb.

“Onlar bunu hər zaman edirlər. Biz belə şeylərdən çox keçirik, öndə işləyirik. Düşmənin demək olar ki, bütün sahələrdə planları barədə də məlumatımız var”, – o deyib.

Danilov əlavə edib ki, hər şey nəzarət altında olmaya bilər, lakin müharibədə bu normaldır. Eyni zamanda, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi əmin edib ki, mütəxəssislər düşmənin planlarını aşkar etmək və onlara layiqli cavab vermək üçün daim çalışırlar.

“Ukrayna düşmənin planlarından xəbərdardır və qabaqlayıcı tədbirlər görür”, -deyə Danilov bildirib.

Xatırladaq ki, Danilov bildirib ki, rus işğalçıları Zaporojye AES-də nüvə şantajı ilə təkcə Zaporojyeni deyil, bütün Ukraynanı “boz zona” etmək istəyirlər.

O, əmindir ki, rus işğalçıları heç vaxt bu layihənin məqsədini reallaşdıra bilməyəcəklər, çünki onların müqavimət gücü yoxdur.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*