Rusiyada 60 azərbaycanlının hücumu barədə məlumat YALANDIR – Rusiya DİNbackend

Rusiyada 60 azərbaycanlının hücumu barədə məlumat YALANDIR - Rusiya DİN

Rusiyada 19 yaşlı Vəkil Abdullayevin ölümü ilə bağlı 60 azərbaycanlının polisin evinə hücumu barədə məlumatlar yalandır.

KONKRET.az rus mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya polisi məlumat yayıb.

Ölkənin Daxili İşlər Nazirliyi Novosibirsk şəhərinin Moşkovo qəsəbəsində 19 yaşlı azərbaycanlı gənci təsadüfən güllələyərək  ölümünə səbəb olan polisin ailəsinin başdan-ayağadək silahlanmış 60 azərbaycanlı tərəfindən təhdid edildiyi barədə məlumatları təkzib edib.

Bundan əvvəl bəzi kanallarda onlarla azərbaycanlının Moşkova Polis İdarəsinə basqın etdiyi və polisin evini mühasirəyə aldığı  barədə məlumatlar yayılmışdı.

“Qəsəbədə vəziyyət sakitdir və hüquq-mühafizə orqanlarının tam nəzarəti altındadır” – Daxili İşlər Nazirliyinin regional qərargahından bildirilib.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*