Rusiyada ağır yol qəzasında 5 nəfər öldü, 8 nəfər yaralandıbackend

Rusiyada ağır yol qəzasında 5 nəfər öldü, 8 nəfər yaralandı

Rusiyanın Krasnodar diyarında avtobusun iştirakı ilə beş nəfərin ölümü, səkkiz nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az “SHOT”a istinadən xəbər verir ki, Moskvadan Nalçikə hərəkət edən “Neoplan” avtobusu “Hyundai” yük avtomobili ilə toqquşub.

İlkin məlumata görə, avtobus sürücüsü sükan arxasında yuxulayıb və qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxıb və orada yük maşını ilə toqquşub.

Hadisə yerində xilasedicilər və həkimlər işləyir. Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*