Rusiyada Azərbaycan əsilli biznesmen deputat seçiləcək, yoxsa mandatı pulla alacaq?backend

Rusiyada Azərbaycan əsilli biznesmen deputat seçiləcək, yoxsa mandatı pulla alacaq?

Sentyabr ayında Rusiyada Dövlət Dumasına və yerli dumalara keçiriləcək seçkilərdə “Ədalətli Rusiya” partiyasını Moskvaətrafı Ximki şəhər dumasında təmsil etməyə namizəd Xanoğlan Əliyev mandatı pulla ala bilər.

KONKRET.az xəbər verir ki, bu haqda versia.ru portalında dərc edilmiş məqalədə iddia edilir.

“Ədalətli Rusiya” partiyası hazırda üç partiyanın birləşməsindən yaranan yeni partiyanın tərkib hissəsidir. Belə ki, bu ilin əvvəllərində “Ədalətli Rusiya” partiyasının lideri Sergey Mironov, “Həqiqət uğrunda” partiyasının lideri Zaxar Prilepin və “Rusiya Vətənpərvərləri” partiyasının lideri Gennadi Semigin birləşmək barədə manifest imzalayıblar. Yeni, birləşmiş partiya “Ədalətli Rusiya-Vətənpərvərlər-Həqiqət uğrunda”  adını alıb. Partiyanın manifestində Donbass Rusiya əraziləri kimi göstərilib. Və Rusiyaya birləşmək istəyən digər ərazilərə də bu imkanın verilməli olduğu bildirilib. Həmin Zaxar Prilepin dəfələrlə Dağlıq Qarabağın, daha dəqiqi Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinin də Rusiyaya birləşdirilməsinə çağırıb.

Xanoğlan Əliyev

İndi birləşmiş partiyanın Ximki şəhər dumasına deputatlığa namizədlər siyahısına Boris Nadejdin adlı qalmaqallı siyasətçi başçılıq edir. İkinci yerdə isə Əliyev Xanoğlan Saleh oğludur.

Xanoğlan Əliyev 1962-ci ildə Lənkəranın Ballabur kəndində anadan olub, Moskva hərbi xidmət keçib və ordudan sonra Rusiyada qalıb, biznesmendir, Rusiya Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin yerli şöbəsinin rəhbəridir. 2011-ci ildə “Ədalətli Rusiya” partiyasının siyahısından Ximki şəhər deputatlar Şurasına seçilib. Xanoğlan Əliyev yerli sakinlər arasında “Mercedes” markalı limuzininin prestijli A 666 OH50 dövlət nömrə nişanı ilə də tanınır. O, Moskvaətrafı regionunda ictimai-siyasi fəaliyyətlə də məşğuldur.

Sayt iddia edir ki, “Əliyev” soyadında adamın Moskva ətrafında parlamentə seçilməsi real deyil. Necə ki, onun vətəni Lənkəranda əhali “İvanov” və ya “Sidorov” familiyalı namizədə səs verməzdi.

Boris Nadejdin

“Lakin bu məsələdə təcrübəli siyasi alverçi Nadejdin köməyə gəlir. Göründüyü kimi, Əliyevin familiyası seçkiqabağı təbliğatda çəkilmir, partiyanın siması kimi Nadejdin təbliğ olunur. Bəs sonra nə olacaq? Daha sonra seçkilərdən sonra o, kənara tullanacaq və mandatından imtina edəcək. O zaman mandat avtomatik olaraq partiya siyahısına əsasən ikinci adama-həmin Əliyev Xanoğlan Saleh oğluna keçəcək. Yəni seçilmək şansı olmayan biri mandat alacaq (bu mandat ona biznesini inkişaf etdirmək üçün lazımdır!), Nadejdin isə danışılmış məbləği götürəcək. Deyilənlərə görə, məbləğin bir hissəsini artıq alıb. İlkin ödəniş olmasa o, oyuna girməz”,-sayt yazır.

Maraqlıdır ki, Əliyev eyni zamanda partiyanın Rusiya Dövlət Dumasına namizədləri siyahısında da yer alır. Eləcə də Nadejdin  həm Dövlət Dumasına, həm Moskva vilayət dumasına da namizəddir./virtualaz/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*