Rusiyada azərbaycanlıya vəzifə verildibackend

Rusiyada azərbaycanlıya vəzifə verildi

Rusiyanın Kirov vilayətində ilk iclası keçirilən 5-ci çağırış İctimai Müşahidə Komissiyasının sədr müavini vəzifəsinə bölgədə fəaliyyət göstərən “Azərbaycan” Xeyriyyə Fondunun prezidenti Elnur Hüseynov seçilib.

KONKRET.AZ xəbər verir ki, bu barədə “Report”un Rusiya bürosuna bildirən E.Hüseynov komissiyanın heyətinə ardıcıl olaraq üçüncü dəfədir seçildiyini qeyd edib: “İmkan daxilində və müraciətlər gəlincə həmvətənlərimizə pozulmuş hüquq və azadlıqlarını təmin etməkdə kömək etməyə çalışacağam”.

Qeyd edək ki, mövcud qanuna əsasən, İctimai Müşahidə Komissiyası bölgədəki həbsxanalarda, müvəqqəti saxlama yerlərində məhkumların və saxlanılanların hüquqlarına əməl olunmasına ictimai nəzarəti həyata keçirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*