Rusiyada çağırışdan qaçanların maşınları müsadirə ediləcəkbackend

Rusiyada çağırışdan qaçanların maşınları müsadirə ediləcək 

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin qismən səfərbərliyə görə ölkədən qaçan rusiyalıların sərhəddə tərk etdikləri avtomobillərin Ukraynada döyüşməyə yollananların ailələrinə təhvil verilməsini təklif edib.

KONKRET.az xəbər verir ki, bu barədə o, palatanın plenar iclasında danışıb.

“Artıq maşınlarını da atırlar. Yeri gəlmişkən, bu maşınların kimlərə verilməsini də düşünmək lazımdır. Bəlkə, döyüşə gedənlərin ailələrinə verilsin?” – deyən Volodin belə bir qərarın düzgün addım ola biləcəyini vurğulayıb.

Spiker həmçinin sentyabrın 21-dən ölkəni tərk edənlərin siyahısının tərtib edildiyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*