Lavrov Rusiyada dövlət çevrilişi barədə xəbərləri “cəfəngiyyat” adlandırıb.
KONKRET.az xəbər verir ki, bu barədə Lavrov bazar ertəsi Serbiya mediasına müsahibəsində deyib.
“Rusiyada dövlət çevrilişinin hazırlandığı, eləcə də Rusiyanın müdafiə naziri Sergey Şoyqunun “yoxa çıxması” ilə bağlı yayılan xəbərlər yalandır və “cəfəngiyyatdır”, – deyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Mən cəfəngiyyatı şərh etmək istəmirəm. Çünki bu, Ukraynanın xüsusi xidmət orqanlarının da yaydığı cəfəngiyyatdır. Bayaq qeyd etdiyiniz kimi, indi xaricdə olan rus neoliberallarımız da bunu yayırlar. Görünür, onlara səhər orada səsləndirilməsi lazım olan materiallar təqdim olunur”, – Lavrov bildirib.
Rusiya XİN rəhbərinin sözlərinə görə, “bunların hamısı açıq-aşkar yalandır, hamı sağdır, hamı sağlamdır, hamı işləyir”, “bunu müntəzəm olaraq televiziya ekranlarında və sosial şəbəkələrdə görmək olar”.
Xuraman Etibarlı,
KONKRET.az
