Rusiyada Ermənistandan gətirilən mineral suyun satışı qadağan edildi – SƏBƏBbackend

Rusiyada Ermənistandan gətirilən mineral suyun satışı qadağan edildi - SƏBƏB

Rusiyada Ermənistandan gətirilən mineral suyun satışı qadağan edilib.

KONKRET.az xəbər verir ki, Rusiya tərəfi Ermənistanda yerləşən Cermuk yatağından “Cermuk” markalı mineral suyun müəyyən partiyalarının satışını dayandırdığını elan edib.

Qeyd edək ki, Şimali Osetiya sakini bir şüşə “Cermuk” mineral suyundan içdikdən sonra qida borusunun yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

Bu barədə respublikanın rəhbəri Sergey Menyailo özünün “Telegram” kanalında məlumat verib.

Menyailo bildirib ki, şüşədə su əvəzinə sirkə olub. Odur ki, respublika ərazisində satılan “Cermuk” suyu mağazalardan yığışdırılıb.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*