Rusiyada Ermənistanın Azərbaycana qarşı təxribatının qarşısı alındı – FOTO – YENİLƏNİBbackend

Rusiyada Ermənistanın Azərbaycana qarşı təxribatının qarşısı alındı – FOTO - YENİLƏNİB

Rusiyada keçirilən “Ordu Oyunları 2020” çərçivəsində Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatın qarşısı alınıb.

KONKRET.az-ın məlumatına görə, Alabino poliqonunda keçirlən Tank biatlonu oyunu çərçivəsində Dostluq Evində keçirlən sərgidə Ermənistan stendində Azərbaycanın qədim musiqi alətləri olan saz və tarı özünüki kimi təqdim etməyə cəhd edib.

Azərbaycan Müdafiə Nazirliyinin gördüyü tədirlər nəticəsində Ermənistan tərəfi stenddən Azərbaycan musiqi alətlərini yığışdırmağa məcbur olub.

Bundan başqa, Ermənistan stendində faşist Qaragin Njdenin fotosu nümayiş olunur.

Qeyd edək ki, Moskva vilayətinin Alabino poliqonunda Beynəlxalq Ordu Oyunlarının açılışı olub. Sentyabrın 5-nə kimi davam edəcək oyunlarda Azərbaycan tankçıları da iştirak edir . APA

***
Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları – 2020” yarışmalarında Ermənistan Azərbaycana qarşı təxribat törədib.

KONKRET.az xəbər verir ki, təxribat beynəlxalq yarışmada iştirak edən ölkələrin mədəniyyətlərinin sərgisi zamanı yaşanıb.

Azərbaycan Respublikasının milli musiqi alətləri olan tar, saz erməni milli musiqi alətləri kimi sərgi iştirakçılarına təqdim olunub.

Azərbaycan nümayəndə heyyəti artıq təşkilatçılara bu barədə öz narazılıqlarını bildirib.

Nəzərinizə çatdıraq ki, Azərbaycanın da qatıldığı hərbi oyunlar bu gün başlayıb və sentyabrın 5-nə kimi davam edəcək. report.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*