Rusiyada miqrantlar üçün bu qaydalar da sərtləşdirildi: Putin yeni qanunu imzaladıbackend

Rusiyada miqrantlar üçün bu qaydalar da sərtləşdirildi: Putin yeni qanunu imzaladı

Rusiya Prezidenti Vladimir Putin əmək miqrantlarının ölkədə qalma qaydalarını sərtləşdirən yeni qanunu imzalayıb.

KONKRET.az xəbər verir ki, qanuna əsasən, Rusiyada çalışan əcnəbilər özlərini və ölkədə yaşayan ailə üzvlərini yaşadıqları region üzrə müəyyən edilmiş yaşayış minimumundan az olmayan gəlirlə təmin etməlidirlər.

Bu tələb yerinə yetirilmədiyi halda, miqrantın əmək patenti və ya iş icazəsi uzadılmayacaq. Belə şəxslər azyaşlı övladları ilə birlikdə 15 gün ərzində Rusiya ərazisini tərk etməli olacaqlar.

Sənəddə qeyd olunur ki, əcnəbi vətəndaş eyni vaxtda iki və ya daha çox Rusiya subyektində işləyərsə, onun gəliri həmin regionlar arasında ən yüksək yaşayış minimumu nəzərə alınmaqla qiymətləndiriləcək.

Yeni qanun Rusiyada yaşayan və işləyən miqrantlara nəzarətin daha da gücləndirilməsini nəzərdə tutur.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*