“Rusiyada müharibəyə yox deyənlər işdən çıxarılsın!” –  Deputatdan TƏKLİFbackend

"Rusiyada müharibəyə yox deyənlər işdən çıxarılsın!" - Deputatdan TƏKLİF

Rusiya Prezidenti Vladimir Putinin Ukraynada xüsusi əməliyyatla bağlı qərarı ilə razılaşmayan dövlət qurumlarının məmurları və işçiləri vəzifələrindən uzaqlaşdırılmalıdır.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Sultan Həmzəyev deyib.

“Bəzi “bacarıqlı” vətəndaşlarımız hesab edir ki, teatrda, kinoda və televiziyada, üstəlik, dövlət korporasiyalarında və dövlət qurumlarında karyeraları ölkə rəhbərliyinin qərarına məhəl qoymamağa imkan verir. Elə şüarlar var ki, onlardan bir şey eşidirəm – xəyanət. Hesab edirəm ki, bu cür müxaliflərə bütün dövlət vəzifələrində işləmək qadağan edilməlidir. Birdəfəlik hər kəsə ibrət dərsi verilməlidir. Ali Baş Komandanın qərarı qəbul olunarsa, geriyə addım yoxdur”, – o bildirib./axar.az/

  • Javier Aller SPAIN
    Mart 1, 2022 - 14:35

    Totalitar və faşist rejimə qarşı olmaq mənəvi borcdur. Putin qanlı dəlidir və onu dəstəkləyənlər əclaflardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*