Rusiyada neft emalı zavodunda yanğın – PUA hücumundan sonra partlayış səsləri eşidildibackend

Rusiyada neft emalı zavodunda yanğın – PUA hücumundan sonra partlayış səsləri eşidildi

Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra Rusiyanın Saratov şəhərində yerləşən “Rosneft” şirkətinə məxsus neft emalı zavodunda yanğın baş verib.

KONKRET.az xəbər verir ki, şəhərdə azı iki dəfə hava hücumu xəbərdarlığı sirenləri səslənib. Hadisə şahidləri isə ərazidə parıltıların və partlayış səslərinin eşidildiyini bildiriblər.

Saratov vilayətinin qubernatoru PUA hücumu nəticəsində xəsarət alanlar və mülki infrastruktura dəyən ziyanla bağlı ilkin məlumatları açıqlayıb.

Qeyd edək ki, Saratov neft emalı zavodu “Rosneft” şirkətinə məxsusdur və Rusiyanın ən qədim neft emalı müəssisələrindən biri hesab olunur.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*