Rusiyanın Krasnodar diyarında odlu və soyuq silahların istifadəsi ilə kütləvi dava olub.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə RF Daxili İşlər Nazirliyindən xəbər verilib.
Məlumata görə, münaqişə yerli hotelin ərazisində məişət zəminində baş verib. Kütləvi davada üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Sosial şəbəkədə davanın görüntüləri yayılıb. Kadrlarda iki kişinin yerdə yaralı halda uzandığı görünür. Şahidlərin sözlərinə görə, zərərçəkənlər bıçaq xəsarətləri alıblar.
