Rusiyada səfərbərlikdən yayınmağa görə ilk cinayət işi AÇILDIbackend

Rusiyada səfərbərlikdən yayınmağa görə ilk cinayət işi AÇILDI

Rusiyada səfərbərlikdən qismən yayınmağa görə ilk cinayət işi açılıb

KONKRET.az xəbər verir ki, bu barədə “Aqora” beynəlxalq hüquq müdafiə təşkilatının rəhbəri Pavel Çikov məlumat verib. O bildirib ki, 32 yaşlı Penza sakini barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 328-ci (hərbi və alternativ mülki xidmətdən yayınma) maddəsi ilə iş açılıb.

“Şübhəli şəxs çevik polisin dəstəyi ilə saxlanılıb, iki gündür müvəqqəti saxlama təcridxanasındadır. Onun 32 yaşı var, hərbi komissarlığa çağırış vərəqəsini imzalamaqdan imtina edib, – Çikov məsələyə aydınlıq gətirib.

Vəkilin sözlərinə görə, müstəntiq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə bu gün məhkəməyə getməlidir. Lakin Çikov diqqəti ona yönəldir ki, Ali Məhkəmənin izahatlarına əsasən, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 328-ci maddəsi yalnız hərbi xidmətə çağırışdan yayınan vətəndaşlara şamil edilir. Artıq şübhəlinin vəkili cinayət təqibinə xitam verilməsi barədə vəsatət qaldırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*