Rusiyada şirkətlərin informasiya təhlükəsizliyinə DDos hücumları üç dəfə artıbbackend

Rusiyada şirkətlərin informasiya təhlükəsizliyinə DDos hücumları üç dəfə artıb

Rusiyada 2024-cü ilin birinci rübündə 512 DDos hücumu dəf edilib. Qeyd edək ki, bütün ötən il ərzində belə hücumların sayı 185 olub. Bu təhlükələri İctimai Kommunikasiya Şəbəkələrinin Monitorinqi və İdarəetmə Mərkəzinin mütəxəssisləri aradan qaldırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Roskomnadzor” bildirib.

Məlumatda deyilir ki, DDoS hücumlarının hədəfi dövlət resursları, maliyyə və nəqliyyat təşkilatları, telekommunikasiya operatorları, böyük KİV-lər və regional xəbər agentlikləridir.

Solar Şirkətlər Qrupunun rəsmisi Aleksey Pavlov bildirib ki, şirkət 2022-ci ilin əvvəlində mediaya hücumlarda artım qeydə alıb. Əksər hallarda bunlar kütləvi şəbəkə hücumları olub.

“Məqsəd saytın fəaliyyətini dayandırmaq, orada təxribat xarakterli məzmun yerləşdirmək və çaxnaşma salmaq olub. Əgər 2022-ci ildə biz bir media qurumuna ayda orta hesabla 200 DDoS hücumu qeydə almışdıqsa, 2023-cü ildə bu rəqəm 33 hücuma düşüb”, – Pavlov bildirib.

“Rostec” Dövlət Korporasiyasından bildirilib ki, infrastruktura hücumlar daim qeydə alınır. Onların intensivliyi yüksək səviyyədə qalır. Dövlət korporasiyası mühafizə üsullarını və texnologiyalarını açıqlamır.

Şeremetyevodan bildirilib ki, hava limanında informasiya təhlükəsizliyi yüksək səviyyədədir – 5400-dən çox kompüter və server etibarlı şəkildə qorunur.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*