Rusiyada jurnalist Aleksandra Bayazitova oktyabr ayına qədər həbs edilib.
KONKRET.az xəbər verir ki, əvvəllər o, “Kommersant” və “İzvestiya” qəzetlərinin iqtisadi müxbiri işləyib.
Rəsmi səbəb hədə-qorxu ilə pul tələbetmə, qeyri-rəsmi isə, Bayazitovanın xüsusi əməliyyat fonunda korrupsiya sxemlərini üzə çıxaran məqalələridir.
“Mən “Promsvyazbank” haqqında qeyd yazdım ki, Ukraynada vəziyyətimiz pisdir, çünki Dövlət Müdafiə Bankı Dövlət Sifarişini oğurlayır. “Promsvyazbank” idarə heyətinin sədrinin atası, xatırlayırsınızsa, o, Xarici Kəşfiyyat Xidmətinin direktoru idi. Əslində Xarici Kəşfiyyat Xidmətini xarabalığa çevirib, əks halda Ukraynadakı əməliyyat cəmi iki həftəyə başa çatacaqdı”, – Bayazitova deyib.
Bayazitova özünü təqsirli bilmir, onu 15 ilə qədər həbs gözləyir.
Dövlət Duması jurnalist Bayazitovanın həbs-qətimkan tədbirini dəyişdirməyə çağırıb.
Səhhətində ciddi problemləri (şəkərli diabet, hipertoniya və qlaukoma) nəzərə alaraq, Bayazitova ev dustaqlığı ilə həbsdən azad oluna bilər.
Jurnalist özü də ev dustaqlığı istəyib, çünki o, tezliklə əməliyyatdan sonra xəstəxanadan çıxacaq və yeriyə bilməyən, öz yeməyini belə bişirə bilməyəcək anasına kömək etməlidir.
Xuraman Etibarlı,
KONKRET.az
