Avropa Komissiyası boru kəmərləri vasitəsilə Rusiya neftinin tədarükünə icazə verilməsi imkanlarını nəzərdən keçirir.
KONKRET.az xəbər “Euractiv” portalına istinadən verir ki, Avropa Komissiyası Rusiya neftinin boru kəmərləri ilə tədarükünə icazə verilməsi məsələsini, eyni zamanda onun tankerlərlə idxalına qadağa qoyulması imkanlarını müzakirə edir.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen mərhələli neft embarqosunu nəzərdə tutan altıncı anti-Rusiya sanksiyalar paketini elan edib. Eyni zamanda məhdudiyyətlər “Sberbank” və Rusiyanın digər iri banklarına, üç aparıcı telekanalına, eləcə də yeni şəxslərə şamil ediləcək.
“Komissiya alternativ ssenarini də fikirləşir. Belə ki, Rusiya neftinin yalnız tankerlər vasitəsilə idxalına qadağa qoyulması və boru kəmərləri ilə çatdırılmasına icazə verilməsi məsələsi nəzərdən keçirilir” – deyə bəyanatda bildirilir.
Kreml isə sanksiyaları iqtisadi müharibə adlandırır. Prezident Vladimir Putinin dediyi kimi, sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub və Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.
Müşviq Tofiqoğlu,
KONKRET.az
