Rusiyadan miqrantlara qarşı sərt addım – ƏTRAFLIbackend

Rusiyadan miqrantlara qarşı sərt addım - ƏTRAFLI

Son vaxtlar Rusiya Federasiyası ölkəyə gələn əmək miqrantlarının axın tempini aşağa salmaq üçün müxtılif tədbirlərə əl atır. Məsələnin maraqlı tərəfi də budur ki, qaydalar ayrı-ayrı ölkələr üzrə dəyişir. Məsələn, Moskvanın son qərar Baltikyanı ölkələrdən gələn miqrantlara aiddir.

KONKRET.az Rusiya mətbuatına istinadən xəbər verir ki, artıq bu il işəgötürənlər əcnəbiləri işə götürən zaman ciddi kvotalara əməl etməli olacaqlar.

Yeni qayda Rusiya Əmək Nazirliyi tərəfindən müəyyən edilib. Hər bir sənaye sahəsi üçün konkret qaydalar var. Bu qaydalara əsasən əcnəbi sayı işçilərin ümumi sayının 15-80%-i arasında dəyişir.

Bu qaydaların pozulmasına görə menecerlər 50 min rubla qədər, müəssisələr isə 800 mindən 1 milyon rubla qədər cərimə olunacaqlar. Və yaxud müəsissənin fəaliyyəti 90 günə qədər dayandırılacaq.

Lətif.A.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*