Rusiyadan Türkiyəyə təklif: Biz hazırıq…backend

Rusiyadan Türkiyəyə təklif: Biz hazırıq...

Rusiya müvafiq müqavilə imzalandıqdan sonra Türkiyəyə S-400 hava hücumundan müdafiə sistemlərinin əlavə partiyasını təqdim edə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov məlumat yayıb.

“Hərbi sənaye müqavilə ilə müəyyən edilmiş müddətdə Türkiyəyə əlavə S-400 hava hücumundan müdafiə sistemlərini hazırlamağa və rəsmi Ankaranı bu silahlarla təmin etməyə hazırıq”, – rusiyalı nazir bildirib.

Onun sözlərinə görə, silahların konkret tədarük vaxtı ilə bağlı məsələlər danışıqlar zamanı həll ediləcək.

Qeyd edək ki, Rusiya və Türkiyə arasında ikinci S-400 alayının təhvil verilməsi ilə bağlı artıq saziş imzalandığı barədə xəbəri Rusiya  Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Dmitri Şuqayev təkzib edib. O bildirib ki, hazırda bu məsələ müzakirə mərhələsindədir. axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*