“Kuril adalarının adını “Rusiya adaları” qoyaq”.
KONKRET.az xəbır verir ki, bunu rusiyalı siyasətçi, “Ədalətli Rusiya – Həqiqət naminə” ( SRZP) fraksiyasının rəhbəri Sergey Mironov deyib. O, bölgənin adının “Saxalin vilayəti və Rusiya adaları” adlandırılması təklifi ilə çıxış edib.
“Yaponiya başqasının dəsmalına ağzını açmaması üçün Konstitusiyaya dəyişiklik etməliyik”, – Mironov deyib.
O, Saxalin qubernatoru Limarenkoya regionun adının dəyişdirilməsi ilə bağlı Konstitusiyaya düzəlişin təşəbbüskarı olmaq təklifi ilə məktub göndərib.
“Biz bölgəni Saxalin vilayəti və Rusiya adaları adlandırmağı təklif edirik. Çünki Yaponiyanın mütəmadi olaraq iddia etdiyi o dörd ada “Şikotan və İturup qrupu” adlandırılsa da, həmişə bizim Rusiya adalarımız olub, var və olacaq. 18-ci əsrdə dənizçilərimiz onları kəşf edib təsvir ediblər. Subyektin adı belə olarsa, Yaponiyanın başqasının yaylığına ağzını açmaz”, – deyə Mironov bildirib.
Saxalin bölgəsi Rusiyanın tamamilə adalarda yerləşən yeganə bölgəsidir. Dəniz adalarının sayına görə Arxangelsk və Leninqrad vilayətlərindən sonra üçüncü yeri tutur. Regiona qonşu kiçik Moneron və Tyuleniy adaları (76,6 min km²), həmçinin Kuril adaları (10,5 min km²) olan Saxalin adaları daxildir.
Xuraman Etibarlı,
KONKRET.az
