Rusiyalı general: “Ukrayna Amerika raketləri ilə Krım körpüsünü vuracaq”backend

Rusiyalı general: "Ukrayna Amerika raketləri ilə Krım körpüsünü vuracaq"

“ABŞ-nin maliyyələşdirməsi nəticəsində Ukrayna əldə etdiyi raketlərlə Krım körpüsünü vura bilər.

KONKRET.az xəbər verir ki, bu barədə “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri, Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, general-mayor Aptı Alaudinov bildirib.

General-mayor hesab edir ki, Amerikanın ayırdığı yardım döyüş meydanında möcüzə üçün kifayət deyil.

“Bu pulun üçdə ikisi mütləq Amerikada qalacaq. Pulun bir hissəsi, o cümlədən ATACMS və digər sursatlar Ukraynaya göndəriləcək. Əslində bunu terror aktlarının maliyyələşdirilməsi adlandırmaq olar”, – komandir bildirib.

Aptı Alaudinov Ukraynanın Amerika raketləri ilə Krım körpüsünə hücum edəcəyini ehtima edib. O əlavə edib ki, Rusiya hərbçiləri Ukraynadan terror hücumlarının qarşısını almaq üçün əlindən gələni edəcək.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*