Ankara BMT-nin Rusiyaya qarşı sanksiyalarına əməl edir.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, rusların Türkiyə qanunlarına əməl etdikləri təqdirdə Türkiyəyə səfər etmələrində heç bir problem yoxdur.
“Rusların, o cümlədən oliqarxların və iş adamlarının Türkiyəyə səfərində heç bir problem yoxdur”, – deyə Mövlud Çavuşoğlu bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
