Rusiyanın 30 mindən çox hərbçisi məhv edilib – Ukrayna Baş Qərargahıbackend

Rusiyanın 30 mindən çox hərbçisi məhv edilib - Ukrayna Baş Qərargahı

Müharibə başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi canlı qüvvə və texnikanın yeni sayı müəyyənləşib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 30.150 hərbçisi zərərsizləşdirilib.

Həmçinin, Rusiyanın 1338 tankı, 3270 zirehli döyüş maşını, 631 artilleriya sistemi, 203 reaktiv yaylım atəş sistemi, 93 hava hücumundan müdafiə sistemi, 207 hərbi təyyarə, 174 helikopter, 116 qanadlı raket, 2213 nəqliyyat vasitəsi və avtoçən, 13 gəmi/kateri və 48 xüsusi texnikası məhv edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*