Türkiyə pomidorun “qəhvəyi qırışlı meyvə” virusuna qarşı davamlı olan yeni bir pomidor çeşidi hazırlayıb.
KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, artıq Rusiyanın Türkiyə məhsullarını geri qaytarmaq üçün heç bir bəhanəsi olmayacaq.
Bəli, görünən odur ki, bu günə qədər pomidor mövzusu Rusiya-Türkiyə münasibətləri üçün Suriya, Akkuyu, Türk axını və turistlər qədər aktual olub. Türkiyə tərəfi ümid edir ki, artıq bununla Rusiya kənd təsərrüfatı məhsulları ilə əlaqədar hər hansı məhdudlaşdırıcı və qoruyucu tədbirlərə heç bir bəhanə tapa bilməyəcək.
Rəsmiyyə Şərifova,
KONKRET.az
