Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən bu yana verdiyi itkilər açıqlanıb.
KONKRET.az “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Ukraynaya hücum edən Rusiya ordusu 14 min 600 əsgər, 95 təyyarə, 115 helikopter və 466 tank itirib.
Həmçinin, Rusiyanın 1470 zirehli texnikası, 213 topu, 72 reaktiv yaylım atəşi sistemi, 44 hava hücumundan müdafiə sistemi, 914 maşını, 3 yüngül sürətli qayığı, 60 yanacaq daşıyan maşın və 17 pilotsuz uçuş aparatı (PUA) məhv edilib.
