Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlandıbackend

Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlandı

Ukrayna ordusu ötən sutka ərzində 170-ə yaxın Rusiya hərbçisini məhv edib.

KONKRET.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının martın 26-na olan əməliyyat məlumatında deyilir.

Qeyd olunub ki, son sutka ərzində Rusiyanın 8 tankı, 17 zirehli texnikası və 11 avtomobil texnikası məhv edilib. Hava hücumundan müdafiə bölmələri 3 Rusiya təyyarəsini və 3 PUA vurub.

Baş Qərargahdan bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin qruplaşması ötən sutka ərzində düşmənin 12 hava hədəfini (3 təyyarə, 3 PUA, 1 helikopter və 5 qanadlı raket) məhv edib. “Silahlı Qüvvələrin zərbə aviasiyası qırıcıların müşayiəti altında Rusiya qoşunlarının texnika kolonlarına və toplaşmış canlı qüvvəsinə raket və bomba zərbələri endirib”, – məlumatda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*