“Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının bu qədər uzanmasını ağlına gətirməzdim” – Lukaşenkobackend

"Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının bu qədər uzanmasını ağlına gətirməzdim" - Lukaşenko

“Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının bu qədər uzanmasını ağlına gətirməzdim”.

KONKRET.az xəbər verir ki, bunu “Associated Press” agentliyinə müsahibəsində Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. O etiraf edib ki, Rusiya xüsusi əməliyyatının “bu qədər uzun çəkəcəyini” düşünmürdü.

  • “Ancaq mən bu məsələnin rusların dediyi kimi plana uyğun getdiyini, yoxsa mənim hiss etdiyim kimi olduğunu söyləmək üçün kifayət qədər əmin deyiləm. Mən bir daha vurğulamaq istəyirəm ki, bu əməliyyatın uzandığını hiss edirəm”, – Lukaşenko bildirib.

Lukaşenko danışıqlar prosesini intensivləşdirmək ümidi ilə Qərbə daha bir işarə verərək, Belarusun hələ də “sülh tərəfdarı” və “müharibə əleyhinə” olduğunu,  Rusiyanın Ukraynaya hərbi müdaxiləsini “xüsusi əməliyyat” adlandıraraq uzandığını bildirib.

O, həmçinin Qərbi Belarusun hərbi əməliyyatlarda iştirak etməyəcəyinə inandırmağa çalışıb.

  • “Biz heç kəsi təhdid etmirik və təhdid etmək fikrində də deyilik. Biz bunu etməyəcəyik. Biz hədələyə də bilmərik: kimin bizə qarşı olduğunu bilirik. Ona görə də Qərbdə hansısa konflikt, hansısa müharibə qətiyyən Belarus dövlətinin maraqlarına uyğun deyil. Ona görə də Qərb rahat ola bilər”, – Lukaşenko qeyd edib.

“Biz heç bir müharibəni qəti şəkildə qəbul etmirik. Biz Ukrayna ilə Rusiya arasında müharibə olmaması üçün hər şeyi etmişik və edirik. Mənə görə Rusiya və Ukrayna arasında danışıqlar başladı”, – prezident deyib.

  • “Rusiyanın mövqeyini bilirəm. Mən Rusiyanın Ukraynaya nə təklif etdiyini bilirəm. Bəs niyə ərazisində faktiki olaraq müharibə, döyüşlər, insanlar həlak olan Ukrayna bu danışıqlarda maraqlı deyil? Bu sualın cavabı Vaşinqtonda tapıla bilər”, – deyə Lukaşenko yekunlaşdırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*