Çerniqov vilayətində Rusiyaya məxsus yanacaq daşıyan avtomobil saxlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist Vasili Çepurnoy Feysbuk hesabında paylaşım edib.
O qeyd edib ki, yerli sakinlər hərəkətdə olan yanacaq daşıyan avtomobilin qəzaya düşməsinə cəhd ediblər. Nəticədə idarəetməni itirən sürücü avtomobili ağaclara çırpıb.
