“Rusiyaya qarşı hərbi doktrina yaradıla bilər” – Qərb sanksiyaları hərbi müdaxilə ilə əvəzləyir? – AÇIQLAMAbackend

“Rusiyaya qarşı hərbi doktrina yaradıla bilər” – Qərb sanksiyaları hərbi müdaxilə ilə əvəzləyir? - AÇIQLAMA

İki aydan çoxdur ki, Ukraynanın ərazisini işğal etməyə çalışan Rusiyanı öz niyyətindən döndərmək mümkün olmur. Vladimir Putinin xüsusi əməliyyat adlandırğı bu müharibə indiyə kimi minlərlə insanın ölümünə səbəb olub. Hərbi cinayət törətməkdən çəkinməyən Rusiya beynəlxalq hüquq normalarını ayaqlayıb keçir. İndiyə kimi təkcə iqtisadi sanksiyalarla kifayətlənən Qərb artıq Rusiyanı etdiyi əməllərə görə təhdid edir. Belə ki, bu günlərdə Pentaqon rəhbəri Lloyd Ostin bildirib ki, dünya Rusiyanın kimyəvi silahdan istifadəsinə cavab verəcək. O, həmçinin əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatı artıq Rusiyanın Ukraynada mümkün kimyəvi hücumlarına hazırlaşır.

Bəs görəsən, dünya ölkələri Rusiyanı bu əməllərinə görə necə cəzalandıracaq? Pentaqon rəhbəri öz çıxışında nəyə eyham vurur?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Yusif Bağırzadə cavablandırıb. O bildirib ki, Rusiya növbəti dəfə kimyəvi silaha əl ata bilər: “Müharibədə ilk olaraq Rusiyanın hərbi rəhbərliyi Ukraynanın kimyəvi silahlardan istifadə etmək istədiyinə dair məlumat yaymışdı. Bu bəyanatdan dörd-beş gün sonra Ukrayna Prezidenti Volodimir Zelenski və onun köməkçiləri açıqlama verərək bildirdi ki, Ukrayna ərazisinə Suriyadan ixtisaslaşmış kimyəvi silahlardan istifadə batalyonu gətirilir. Rusiya ordusunun hərbçiləri işğal edə bilmədikləri ərazilərdə mülki əhaliyə qarşı kimyəvi silahlardan istifadə etməyə başladı. Bununla bağlı olaraq Polşa, ABŞ, Böyük Briatniya Ukraynaya təcili olaraq lazımi yardım və xüsusi geyimlər göndərdi. Bu yaxınlarda Pentaqon rəhbəri Lloyd Ostin bir daha bildirdi ki, uğursuzluğa düçar olan Rusiya mülki əhaliyə qarşı yenidən kimyəvi silahdan istifadə edə bilər”.

Yusif Bağırzadə: "Bu hadisə bir daha onu göstərir ki, Azərbaycanda hamı  qanun qarşısında bərabərdir"

Politoloqun fikrincə, Qərb iqtisadi sanksiyalarla kifayətlənməyəcək: “Rusiyanın kimyvəi silahdan istifadəsi  ABŞ və Avropa İttifaqının yeni sanksiyalar tətbiqi üçün imkanlar yaradır. Aİ Rusiyaya qarşı altıncı sanksiyalar paketini hazırlayır. Bu paket xüsusilə neft sektorunu əhatə edəcək və  6 ay ərzində Aİ ölkələrinin Rusiyadan neft idxalına məhdudiyyət qoyulacaq. Bütün bunlar iqtisadi məhdudiyyətlərdir. Lakin bununla yanşı Almaniyanın Ramşteyn şəhərində hərbi doktrina qəbul ediləcəyi gözlənilir. Bu barədə müəyyən fikirlər səsləndirilsə də hələlik dəqiq məlumat yoxdur”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*